Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərraclar keçiriləcək

  • By admin
  • 24 Oktyabr 2016 15:54

maliyye nazirliyi

Oktyabrın 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərraclar keçiriləcək.

BFB-dən Gununsesi.info-ya bildiriblər ki, istiqrazların ümumi həcmi 10 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2017-ci il oktyabrın 24-dür.

Digər hərrac üzrə istiqrazların ümumi məbləği 17 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi gələn il aprelin 25-dir.

Hər iki hərracda “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Gununsesi.info