Dövlət imtahanları bu qaydada keçirilə bilər – AÇIQLAMA

  • By admin
  • 03 İyul 2020 12:02

“Yaxşı olar ki, imtahanlar hazırkı karantin şərtlərinə uyğunlaşdırılsın”.  

Gununsesi.org bildirir ki, bu fikirləri Unikal.org-a açıqlamasında Təhsil eksperti Kamran Əsədov deyib. O bildirb ki, 20 iyula qədər insanlarn hərəkətinin məhdudlaşdırılması, xüsusilə də həftəsonları imtahanların verilməsi üçün əlverişli şərait yaranıb: “Orta məktəb imtahanları şagirdlər üçün ən yaxın məktəblərdə keçirilir. İmtahan prosesində şagirdlər arasında məsafə qorunur. Lakin müəllimlərin işə qəbul imtahanları, dövlət qulluğu imtahanları, magistr kimi kütləvi imtahanlar da müəyyən problemlər var. Bu səbəbdən də həmin imtahanlar Tofiq Bəhramov adına stadionda açıq havada təşkil olunması daha yaxşı olar. Biz bununla bağlı DİM-ə təklif təqdim etmişik”. 

Qeyd edək ki, imtahanların müddətinin qeyri-müəyyən vaxta qədər uzanması haqlı olaraq həm valideynlərin, həm də imtahan verəcək şəxslərin narahatlığına səbəb olub.

Gununsesi.org