Dövlət bu tələbələrə də yardım edəcək: koronavirusa görə

  • By admin
  • 01 Aprel 2020 10:58
Koronavirus pandemiyası səbəbiylə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də nəzərə alınacaq.
 
Gununsesi.org xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikyaıl Cabbarov Azərbaycan dövlət başçısı İlham Əliyevin qəbulunda olarkən məruzəsində deyib.
Nazir bildirib ki, tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir:
“Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket Sizə ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. Demək olar ki, bugünkü işlər bu mərhələdədir”.

Gununsesi.org