Donald Trampın çıxış etdiyi konfrans iştirakçılarından birində koronavirus aşkar olundu

  • By admin
  • 08 Mart 2020 14:04
ABŞ-da fəalaiyyət göstərən “Amerikan Mühafizəkarlar Birliyi” (ACU) təşkilatının təşkil etdiyi və prezident Donald Tramp və vitse-prezident Maykl Pensin nitq söylədikləri konfrans iştirakçılarının birində koronavirus aşkar edilib.
Gununsesiaz.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.
“Həmin ziyarətçi prezident və vitse-prezidentlə hər hansı şəkildə kontaktda olmayıb və əsas zaldakı mərasimə baş çəkməyib. Donald Tramp administrasiyası situasiyanı nəzarətdə saxlayır və biz bütün rəsmi şəxslərlə müntəzəm şəkildə informasiya mübadiləsi aparırıq”,-deyə bəyanatda bildirilir.
Qeyd olunur k, konfrans Vaşinqtonda, bu ilin fevral ayının sonunda baş tutub.
Donald Tramp orada yalnız sonuncu gün görünüb.
Gununsesiaz.info