Donald Tramp koronavirusa görə Çini cəzalandıracağına söz verib

  • By admin
  • 05 İyul 2020 20:15

ABŞ prezidenti Donald Tramp koronavirusun yayılmasında “əsas günahkar” hesab etdiyi Çini cəzalandıracağını vəd edib.

Gununsesi.org xəbər verir ki, “Çinin yalanı, onun hər şeyi gizlətməsi və bütün problemləri xalçanın altına süpürməsi virusun 189 ölkəyə yayılmasına şərait yaratdı. Buna görə rəsmi Pekin məsuliyyətə cəlb olunmalıdır”, – deyə, ABŞ prezidenti bəyan edib.

Birləşmiş Ştatların dövlət başçısı Çindən başqa virusların da gəldiyi söyləsə də, bununla bağlı sözlərini aydınlaşdırmayıb.

Qeyd olunur ki, bundan öncə Ağ Evin rəhbəri koronavirus pandemiyasına qoyduğu ada görə Çində böyük narazılıq yaratmışdı. Belə ki, o, Oklahoma ştatının Talsa şəhərində seçiciləri ilə keçirdiyi görüşdə koronavirusun yeni tipini “kung flu” adlandırmışdı. Hər kəsə məlumdur ki, “kunq fu” Çinin əlbəyaxa döyüş sənəti sayılır. Tramp isə burada “fu” kəlməsini ingiliscə “flu”, yəni qrip kimi dəyişdirərək çinlilərin xətrinə dəymişdi.

 

Gununsesi.org