Dollar bahalaşdı - 1.6 MANAT OLDU

  • By admin
  • 19 Oktyabr 2016 10:00

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) 19 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 19-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 18-i ilə müqayisədə 0,2% bahalaşaraq 1,6 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,15% möhkəmlənərək 1,7566 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 18-i ilə müqayisədə 0,4% möhkəmlənərək 0,0255 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,15% möhkəmlənərək 0,5171 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9646 manatdır. Beləliklə, funt sterlinq 0,62%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,88% bahalaşaraq 0,6787 manat təşkil edib.

Anar
Gununsesi.info