“Diriliş Ertuğrul” izləyicilərinə üzücü xəbər - SERİALDA ENGİN ALTAN DÖVRÜ BİTİR - VİDEO

  • By admin
  • 17 Aprel 2017 20:10

dirilis_ertugrul

TRT-nin reytinq rekordçusu olan, həm Türkiyədə, həm də bir çox xarici ölkələrdə milyonlarla insanın maraqla izlədiyi teleserial “Diriliş Ertuğrul”da önümüzdəki mövsüm yeni bir səhifə açılır.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, TRT-nin böyük maraqla izlənilən serialında 3 mövsümdür ki, Ərtoğrul Qazi dövrü təsvir olunur.

Qeyd edək ki, çəkiliş keyfiyyəti, oyunculuqları, kostyumları və müvəffəqiyyətli hekayəsiylə tamaşaçını ekrana kilidləyən serial Ərtoğrul obrazına həyat verən məşhur oyunçu Engin Altan Düzyatanın da kariyerində dönüş nöqtəsi oldu.

Verilən məlumata görə, ilk seriyadan etibarən çox izlənilən serialda önümüzdəki mövsüm yeni bir səhifə açılır. Belə ki, yeni mövsümdə Engin Altanlı dövr bitəcək və Ərtoğrul Qazinin oğlu Osman Qazinin dövrü başlayacaq. Bu səbəbdən də Osman Qazini canlandıracaq aktyor axtarılır.

Xatırladaq ki, adıçəkilən serialın rejissoru Mətin Günay, ssenaristləri isə Mehmet Bozdağ, Atilla Engin, Aslı Zeynep Peker Bozdağdır. Serialın musiqiləri isə Alpay Götekin və Zeynep Alasyaya aiddir.

Gununsesi.info