“Diqqət və maddiyyatlı həyat nəticəsində bəzi idmançılar yollarını azır…” - Beşqat dünya çempionunun fikrincə, onlar bununla sadəcə, özlərini pis vəziyyətdə qoyurlar

  • By admin
  • 14 Fevral 2017 10:41

fuad-7

Növbəti müsahibimizi də təsadüfi seçməkdik…

O,  ölkəmiz və onun hüdudlarından kənarda kifəyət qədər tanınan peşəkar idmançı, kikboksinq idman növü üzrə beşqat dünya çempionudur…Eyni zamanda,  Əməkdar məşqçi, Əməkdar idman ustası, Sərhəd Qoşunlarının zabiti, kapitandır…

Beləliklə, növbəti müsahibimiz-həmsöhbətimiz Fuad Zeynalovla müsahibəni Günunsesi.info-nun oxucularına təqdim edirik:

– Fuad müəllim, mümkünsə, ilk öncə nailiyyətlərinizi bizimlə bölüşərdiniz…

–  2008- ci il Ukrayna dünya kuboku- 1 ci yer, 2009- cu ildə İspaniyada dünya çempionu. 2010- cu ildə  Moldovada ikiqat dünya çempionu (k-1, low- kick stili üzrə). 2011- ci ildə Macarıstan- dünya kuboku- 1- ci yer. 2013- cü il Türkiyə dünya çempionatı- üçüncü yer. 2014- cü ildə Yunanıstanda dünya çempionu. 2014- Amerikada Kunfu- sanda üzrə dünya çempionu adını qazandım. 2015-ci il İtaliyada- Avropa üzrə ikinci yer. 2016- cı il- peşəkarlar arası AFSO versiyası üzrə çempionatda- dünya kəmərinin sahibi.

– Fuad müəllim, eyni zaman həm idmançı, həm də hərbiçi kimi fəaliyyət göstərmək sizə çətin olmur ki?

– Mən həm idmançı, həm məşqçi, həm də eyni zamanda, “Sərhədçi Olimpiya Mərkəzində” zabit kimi çalışıram. Təbii ki, vaxt, zaman baxımından yorqunluq olur, lakin bu çətiniyi özümə vətən və ölkə qarşısında həyata keçirdiyim borcun təhvli kimi dəyərləndiririəm.

Sərhəd qoşunlarının rəhbərliyi tərəfindən yaradılan şəraitə uyğun olaraq,  iş cədvəlimin sərbəst olması ilə bağlı idman karyeramla daha çox məşğul olmağa imkan tapıram. Tam şəkildə sırf idmanla məşğul olaraq, idman arenalarında öz bayrağımızı ucaltmaq üçün məşqlərimizi davam etdirməyə geniş şərait, imkana görə federasiyamızın rəhbəri və ən əsası ölkə başçımıza öz dərin təşəkkürümü bildirirəm.

“General olmaq istərdim”

– Ən böyük arzunuz?

– General olmaq istərdim.

– Ölkə başçısının idmançılara olan diqqəti göz önündədir. Əgər sirr deyilsə, sizin nailiyyətlərə görə hansı təltifləriniz olub?

– Əksər diqqət olimpiya idman növlərinə aid edilir. Qeyri- olimpiya idman növlərinə isə federasiya tərəfindən hər il yalnız bir ev təqdim edilir. Yəni, konkret desəm, federasiyamızın rəhbəri,  millət vəkili Adil Əliyevin rəhbərliyi altında nailiyyətli idmançılara ildə yalnız bir nəfərə ev təqdim edilir. Bu baxımdan, mən də siyahıda öz ev növbəmi gözləyirəm.

– Keçirilən son yarışlarların nəticələri ilə bizimlə bölüşərdiniz…

– Ötən il, sentyabr ayının 25- də sonuncu “Sərhədçi idman olimpiya mərkəzində”baş tutdu. AFSO versiyası üzrə  Dünya kəməriuğrunda gürcü idmançısı Georgiya Qimadze ile yarışa qatıldım və ikinci raundda nokautla qalib gələrək, AFSO versiyası üzrə dünya kəmərinin sahibi oldum.  Növbəti yarış Macarıstanda gözlənilir.

– Macarıstanda keçiriləcək yarışda qalibiyyətə hazırsınızmı?

– Mənim bir amalım var; hər zaman formada olmaq. Həyatımda yalnız bir dəfə keçən il peşəkar çəkidə yarışa hazırlıqsız şəkildə qatıldım və cəza olaraq- uşu- sanda üzrə keçirilən döyüşdə özümdən qat- qat zəyif idmançıya məğlub oldum. Bu hadisə sözün əsl mənasında mənə bir daha örnək oldu ki, istənilən döyüşə hazırlıqlı və formada olmalıyam.

fuad-5

“İdmançı yalnız məğlubiyyətini göz önünə aldıqda, qalib ola bilər”

– Bir çoxları iddia edir ki, idman sahəsində məğlubiyyət və qalibiyyət idmançının daha çox psixoloji hazırlığı ilə bağlıdır. Yarışda məğlubiyyətini gözləyən idmançı qalibiyyət əldə edə bilərmi?

– İstəniən halda psixoloji hazırlıq da əsasdır.  Zənnimcə, idmançı yalnız məğlubiyyətini göz önünə aldıqda, qalib ola bilər.

“Bir çox insanın fikrincə, idmançılar yalnız boynu yoğun, kobud, qolları, sinəsi yekə, iki kəlməni ard- arda işlədə bilməyən kəslərdir…”

– Cəmiyyətdə yalnız bu cür fikir formalaşıb ki, idmançılar intlektual baxımdan olduqca zəifdirlər. Bu fikirə münasibətiniz necədir?

– Mən tez- tez bu fikirlə qarşılaşıram. Bir çox insanın fikrincə, idmançılar yalnız boynu yoğun, kobud, qolları, sinəsi yekə, iki kəlməni ard- arda işlədə bilməyən kəslərdir. Halbuki idmançı mənim fikrimcə, həm xarici dil bilgilərinə malik olmalı, həm də insanlarla munasibətdə adi, intellektual səviyyəli, ağıllı, düşüncəli, hətta, musiqini belə duymağı bacaran olmalıdır.

Bir çox məşqçilər var ki, öz tələbələrinə məşq zamanı olduqca sərt davranır, xoşagəlməyən nalayiq ifadələr söyləyirlər. Mən düşünürəm ki, idman zalının kəndarından içəri daxil olan hər bir uşaq, gələcəyə yararlı şəxs qismində böyüməli, birinci növbədə öz müəllminə sevgi və hörmət bəsləməlidir ki, məşqləri də əzm və səylə həyata keçirsin.

Mənə gəlincə, xarici dil bilgilərim var. Hələ təhsil aldığım müddətdən tarix və coğrafiyaya marağım yüksək olub. Bir dəfə hələ xarici səfərdə ikən, hava limanında azdım və yalnız ingilis dilində danışmaq bacarığım sayəsində mən zamanında təyyarəyə gecikmə riskindən son anda qurtula bildim.

“Gələcəyə oğul övladım dünyaya gələrsə, böyük məmnuniyyətlə, onu idmana istiqmətləndirərəm”

– İdman sahəsi kifayət qədər çətin və şərəfli olduğu qədər, zədələrlə bol, çətin və məsuliyyətlidir. Bildiyimiz kimi bir qız övladınız var. Əgər gələcəkdə oğlunuz dünyaya gələrsə, siz onu idman sahəsinə yönəldəcəksiniz mi?

– Gələcəyə oğul övladım dünyaya gələrsə, böyük məmnuniyyətlə, onu idmana istiqmətləndirərəm. Zənnimcə, bütün çətinliklər, prinsipial, iradə tələb edən şərəfi yol- məhz kişiyə məxsus yoldur ki, asan olan heç bir işin fikrimcə, insan üçün dəyəri olmur. Məhz çətinliklə olan iş insan tərəfindən qorunur və dəyərləndirilir. Övladımın gələcəkdə ölkə üçün elə atasının etdiklərinin bir qismini həyata keçirməsi kifayətdir…

“Xanım – evdar olmalıdır”

– Fuad müəllim subay olsaydı, idmançı xanımla ailə qurardımı?

– Mənə görə, xanım – evdar olmalıdır. Çünki, öz prinsipimə uyğun olaraq, həyat yoldaşına, övladına yaxşı baxması, elə onun bütün işidir ki, onu çatdırmaq özü bir fərasətdir. Mən evdə üç dəfə geyim dəyişir, hər dəfə qulluq tələb edirəm. Uşağa baxılması, geyim-keciminin səliqədə olması, bu, yetərlidir. Xanım çalışdıqda, bu qədər işin öhdəsindən bəs kim gələcək? Mən bir şeyi dəyərləndirirəm- xanım öz ailəsinə yaxşı baxsın, ərinin, övladının qidalanmasına, səliqəsinə diqqət yetirsin. Bu, mənim üçün onun qazancından, karyera və çalışmağından daha üstündür.

– Ən çətin döyüşünüz hansı olub?

– Ən çətin  döyüşüm- 2009- cu ildə İspaniya dünya çempionatında yarımfinal döyüşündə moldovalı idmançı ilə oldu.

“Erməni mənşəlli iranlı idmançı üzərində qələbə qazanaraq, dünya çempionu adına layiq görüldüm”

– Qalib gəldinizmi?

Bəli. İlk dəfə dünya çempionu adını məhz həmin yarışda qazandım. Finalda erməni mənşəlli iranlı idmançı üzərində qələbə qazanaraq, dünya çempionu adına layiq görüldüm.

– Bəs, hakimlərin haqsızlığı ilə qarşılaşdığımız zaman olubmu?

– İstər yerli, istər xarici yarışlarda bu cür hallar tarixən baş verib və yenə də istisna hal omayacaq. Bir xal hesabı bütün qalibiyyəti dəyişir. Bu, bilərəkdən və ya hakimlərin qeyri- peşəkarlağından irəli gələ bilər. Belə olduğu təqdirdə, idmançı gərək o qədər güclü olsun, böyük xal hesabı ilə öz rəqibini üstələsin ki, ona qarş ıhakimlər tərəfindən hər hansı qərəzli çıxışlar olmasın və hakimlərin idmançını heç bir halda uduzdurmaq şansı baş verməsin. Təbii ki, qarşıda olan rəqib də güclü, nəticəli idmançı ola bilər ki, hər dəfə ona üstün gəlmək də müəyyən dərəcədə çətinlik yaradır. İstənilən halda böyük xal hesabı əsas götürülür.

– İdmançı üçün medal nədir?

– İdmançı üçün medal- bütün əzabının nəticəsidir. Baxdıqda, keçirdiyi çətin yolun ona təqdim etdiyi hədiyyəsi, sevincidir. Mənim üçün daha bir sevincli an- bu yaxınlarda fanatlarım tərəfindən mənə “sunami” ləqəbinin verilməsi oldu.

“Diqqət və maddiyyatlı həyat nəticəsində bəziləri yollarını azır…”

– Bəzi idmançılar şöhrətdən yaranan başgicəllənmə nəticəsində istiqamətlərini dəyişir. Sizcə, bu hal nə ilə əlaqədardır?

İdmançının başgicəllənməsi nəticələr verdikdən sonra, çox zaman ona göstərilən və heç bir yerdə görmədiyi və gözləmədiyi diqqətlə bağlı olur. Hara getsə, kütlə tərəfindən yüksək səviyyədə qarşılanma, diqqət və maddiyyatlı həyat nəticəsində bəziləri yollarını azır. Lakin onlar bununla yalnız özlərini pis vəziyyətdə qoymuş olurlar. Təbii ki, sözügedən hal bir çox idmançılara aid deyil. Fərid Mansurovda heç vaxt bu cür halı müşahidə emək mümkün deyil. O cümlədən, Əli İsmayılov, Eduard Məmmədov, Namiq və Arif Abdullayev, Hacı Əliyev və digər tanımış idmançılara da şamil edilir ki, onlar sadəliyi və səmimiliyi, cəmiyyətdə rəftarları ilə nümunədirlər.

– Qeyri- adi istedadınız və ya bacarığınız varmı?

– Mahnı oxumağı çox sevirəm. Ümumiyyətlə, mənim üçün bu, bir hobbidir.

Əsas gücüm isə tələbələrimlə məşqə yönləndirilib. 200 yaxın tələbəm var.  1, 3, 5- ci günlər saat 17:00- da“Sərhədçi idman olimpiya mərkəzində” və 2, 4, 6- cı günlər saat 18:00- da,  Ayna Sultanova istiqamətində yerləşən “Dünya məktəbində” 5 yaşından oğlan və qızları məşqə qəbul edirəm.

“Bu cür yalanlarla federasiya rəhbərimiz Adil Əliyev və onun müavini Güloğlan Cabbarov da mübarizə aparır ki, əsl zəhməti olan idmançıların haqqı tapdalanmasın”

fuad-8

– Müsahibəmizin sonunda ünvanlandırmaq istədiyiniz hər hansı bir təşəkkür və ya istəyiniz?

– Azərbaycan gəncliyinin öz talelərini peşəkar idmançılara həvalə etmələrini istərdim. Bəzən görürsünüz ki, kiçik bir zalda çəkiliş edən şəxslər özlərini dünya çempionları adlandıraraq, efirlərdən yalan məlumat yayırlar ki, biz peşəkar idmançılar bu vəziyyətə baxaraq, sadəcə gülürük. Təbii ki, ad çəkmək bizə yaraşmaz, amma hər halda, bu cür yalanlarla federasiya rəhbərimiz Adil Əliyev və onun müavini Güloğlan Cabbarov da mübarizə aparır ki, əsl zəhməti olan idmançıların haqqı tapdalanmasın. Bu gün ölkə başçısının üzərimizdə olan diqqəti biz idmançıları ruhlandırır, yeni qələbələr qazanmağa sövq edir.

Odur ki, əsas təşəkkürümü – göstərdikləri diqqət, qayğı və etimada görə, ölkə başçısı İlham Əliyev cənabları başda olmaqla sərhəd qoşunlarının komandanı, qeneral- polkovnik Elçin Quliyevə və Kikboksinq Federasiyasının rəhbəri, millət vəkili Adil müəllim Əliyevə bildirirəm. Onların ümidlərini doğrultmaq, yəni, əlimdən gələn gücümü vətənimin bayrağının Azərbaycandan kənarda dalğalanması üçün daim öz üzərimdə çalışacam, hər zaman qələbə sorağı ilə vətənə dönməyə səy göstərəcəm.

Dilarə Zamanova

Gununsesi.info