DİM imtahana buraxılmayanlarla bağlı açıqlama yaydı

  • By admin
  • 12 İyun 2020 15:37

“İmtahanlarda iştirak üçün gələn və hərarəti olduğundan buraxılmayanlar üçün əlavə şans yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə müzakirələr aparılır”.

Gununsesi.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Yeni TV”yə müsahibəsində deyib.

O bildirib ki, hələlik heç bir qərar qəbul olunmayıb və yekun bir şey olsa dəqiq məlumat veriləcək: “Odur ki, indidən nəsə demək mümkün deyil”.

Gununsesi.org