Dilqəm və Şahbazla bağlı müraciətə Ermənistandan  - CAVAB

  • By admin
  • 19 Sentyabr 2019 18:10

Ermənistan Baş Naziri Nikol Paşinyan Azərbaycandakı iki erməni əsirin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülən iki azərbaycanlı əsirlə mübadiləsinə dair rəsmi Bakının müraciətini nəzərdən keçirir.

Gununsesi.org-un “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş Nazirinin Mətbuat katibi Vladimir Karapetyan bildirib.

“Bu məsələni bilirik və müzakirə edirik. Məsələnin həssaslığını nəzərə alaraq, həll yoluna yaxın olduğumuz zaman açıqlama verəcəyik”, – deyə o, vurğulayıb.

Xatırladaq ki,  Azərbaycanın Əsir və İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət Komissiyası 11 sentyabr 2019-cu ildə beynəlxalq təşkilatlara Dilqəm Əsgərov və Şahbaz Quliyevin “hamının hamıya” prinsipi əsasında Ermənistan vətəndaşları olan erməni hərbçiləri – Azərbaycan ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla dəyişdirilməsinə dair müraciət göndərib.

Gununsesi.org