Diabetli hamilə qadınların uşaqları piylənmədən daha çox əziyyət çəkir

  • By admin
  • 28 İyul 2016 11:00

faydali_42417716141

Böyük Britaniya alimlərinin apardığı tədqiqatlar nəticəsində hamiləlik zamanı şəkərli diabeti olan qadınların dünyaya gətirdiyi uşaqların digərlərinə nisbətən piylənmədən daha çox əziyyət çəkdikləri müəyyən edilib.

Gununsesi.info xəbər verir ki,  bu barədə  “Vista News” saytı məlumat yayıb.

Sayt xəbər verir ki, tədqiqatlarda iki qrup hamilə qadın iştirak edib. Belə ki, birinci qrupda hamiləlik zamanı şəkərli diabetdən əziyyət çəkən qadınlar, ikinci qrupda isə sağlam qadınlar iştirak ediblər. Hamiləlik zamanı hər iki qrupun uşaqlarında piylənmə fərqi müşahidə olunmayıb. Dünyaya gəldikdən bir neçə ay sonra isə birinci qrupun körpələrinin bədənində digərlərinə nisbətən yağ miqdarının artması müşahidə edilib.

Araşdırmalar yeni doğulmuş 86 körpə üzərində aparılıb.

Gununsesi.info