Deputatlığa namizədlərin cins tərkibi açıqlandı: Kişilər qadınlardan çoxdur

  • By admin
  • 08 Fevral 2020 18:43

Azərbaycanda namizədliyi qeydə alınan 246 namizəd siyasi partiyaların siyahıları ilə irəli sürülüb.

Gununsesi.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərdən 1057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.

Gununsesi.org