Deputatlığa namizəd Aqil Məmmədov seçiciləri ilə görüşdü - FOTOLAR

  • By admin
  • 25 Yanvar 2020 17:53

123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd olan Məmmədov Aqil Sadıq oğlu təbliğat kampaniyasını bu gün də davam etdirib.

Gununsesi.org-un məlumatına görə, Aqil Məmmədov bu gün Göygöl rayon Mixayılovka, Yeni Zod və Çaykənd kəndləri ərazisində sıx məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Görüşdə çıxış edən Aqil Məmmədov havanın soyuq olmasına rəğmən onunla görüşə gələn, ona  göstərilən xoş münasibətə görə, seçicilərinə minnətdarlığını bildirərək, bu yola Yeni Azərbaycan Partiyasının digər namizədləri kimi daha güclü Azərbaycan naminə şuarı ilə çıxdığını və seçki günü bütün seçicilərini seçki məntəqələrinə gələrək layiq bildiyi namizədə səs verməyə çağırıb. O bildirib ki, seçiciləri tərəfindən ona etimad göstərilərsə, bütün kəlbəcərlilərin haqq səsi olacaq.

“Çalışacam ki, mənə etimad göstərən hər bir seçicimin yanında olum. Onun problemlərini öz problemi kimi qəbul edərək, Milli Məclisdə onun müdafiəçisi olacağam”, – deyə Məmmədov bildirib.

Görüşdə iştirak edən seçicilər seçkilərdə fəal iştirak edəcəklərini və birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

 

 

 

Gununsesi.org