Deputatların tələbi ilə plenar iclas online keçirilə biləcək

Deputatların tələbi ilə plenar iclas online keçirilə biləcək

Milli Məclisin plenar iclaslarının keçirilməsi qaydasına dəyişiklik edilir.

Gununsesiaz.info-nun xəbərinə görə, bununla bağlı “ Milli Məclisin statusu haqqında” Qanuna dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən Milli Məclisin azı 42 deputatının tələbi ilə parlamentin plenar iclasları online şəkildə keçirilə biləcək.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

 

Gununsesiaz.info

COMMENTS