“Deputatlara karantin rejimi şamil edilmir” — Millət vəkili Elman Nəsirov

  • By admin
  • 02 Aprel 2020 16:28

“Müvafiq qanunlara edilən dəyişikliklərdən sonra deputatlara karantin rejimi şamil edilmir”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Report-a Milli Məclisin üzvü Elman Nəsirov deyib.
“Amma bu o demək deyil ki, deputatlar öz sağlamlıqlarına və karantin rejiminin çox mühüm tələblərinə biganə qalmalıdırlar. Bu, qətiyyən belə deyil. Hesab edirəm ki, biz həmrəylik, məsuliyyət və birlik hesabına bu bəlaya qalib gələ biləcəyik. Bu baxımdan da “evdə qal” tələbi çox aktualdır. Bu tələbin deputatlar üçün də əhəmiyyəti çox böyükdür. Deputatların zəruri hallarda kənara çıxması məntiqlidir. Əllərin də tez-tez yuyulması vacibdir. Müəyyən spirt vasitələrindən, əlcəklərdən və maskalardan istifadə çox önəmlidir”.

Deputat qeyd edib ki, yalnız televiziyalarda çəkiliş zamanı maskanı və əlcəkləri çıxarır:

“Digər hallarda isə maskadan və əlcəkdən istifadə edirəm. Ona görə də hesab edirəm ki, hər bir şəxs özünü təcrid siyasətinə sadiq qalmalıdır”.

Gununsesi.org