Deputatdan manatın ucuzlaşması ilə bağlı şok iddia "ÖZLƏRİNİN NƏ İŞİ VAR İDİSƏ GÖRDÜLƏR"

  • By admin
  • 21 Oktyabr 2016 13:50
VAHİD 
“Son günlər də maliyyə bazarında baş verən proseslərdən heç özüm də bir şey başa düşə bilmirəm. Manatın mövqeyini 10 gün möhkəmlədib, yenidə üzən məzənnəyə keçməsinin arxasında nə məqsəd dayanırdı, bəlli deyil. Ola bilsin bu müddət ərzində özlərinin nə işi vardısa bu müddət ərzində gördülər və yenidən başlayıblar manatın məzənnəsini yumşaq üzən məzənnəyə keçirməyə”.
 
Gununsesi.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  bu gün keçirilən iclasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Onun sözlərinə görə, bir müddət öncə  maliyyə bazarına məsul qurumlar  Azərbaycan manatının  yumşaq üzən məzənnəyə keçməsi ilə bağlı siyasətini açıqladı. “Və bu düzgün addım idi.  Lakin  son günlərdə maliyyə bazarında baş verən proseslərdən heç özüm də bir şey başa düşə bilmirəm.  Təsəvvür edin maliyyə bazarına  məsul qurumlar son 10 gün müddətində Azərbaycan manatının  möhkəmləndirildi. Bu nə məsələ idi anlaya bilmədim. Ola bilsin özlərinin nə işi vardısa bu müddət ərzində gördülər.  Yenidən başlayıblar manatın məzənnəsini yumşaq üzən məzənnəyə keçirməyə. Odur ki, son bir neçə gündə  Azərbaycan manatı yenidən başlayıb  ucuzlaşmağa. Axı bundan xalq əziyyət çəkir. Belə olmaz”- deyə, millət vəkili vurğulayıb.
V. Əhmədov onu da əlavə etdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası  artıq  bankların diaqnostik  analizini aparıb və banklardakı vəziyyət haqqında aydın bir mövqe formalaşıb. “Bank rəhbərləri multimilyonçudurlar. İndiki zamanda bankların deyil, xalqın qayğısına qalmaq lazımdır. Onların hüquqlarını müdafiə etməklə, bank sektorunu sağlamlaşdırmaq lazımdır. Bankların situasiyası aydın olduğundan Malyyə Bazarlarına Nəzarət Palatasının  banklarla bağlı konkret qərarın verməyin zamanıdır. əks təqdirdə   nə maliyyə bazarında baş alıb gedən problemləri, nə də bank sektorundakı problem həll etmək olmayacaq”- deyə, V. Əhmədov bildirib.
Mürtəza
Gununsesi.info