Deputat siqaretə qarşı -MƏNİ DƏ CANA YIĞIB

  • By admin
  • 03 Noyabr 2016 18:32

mahir

“Siqaretin reklamı qəti qadağan olmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”.

Gununsesi.info bildirir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deputat Mahir Aslanov deyib. Onun sözlərinə görə, 53 il siqarət istifadəçisi olub və səhhətində onun fəsadlarını görüb: “Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım.Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”.

Qeyd edək ki, komitə iclasında millət vəkilləri “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyi müzakirə edib.