Deputat seçkidə zorakılıq göstərən hər kəsə təşəkkür etdi

  • By admin
  • 14 Fevral 2020 22:12

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputat Jalə Əliyeva 9 fevral seçkilərindəki qələbəsi ilə bağlı tədbir keçirib.

Gununsesi.org xəbər verir ki, öz seçki komandası ilə birgə təşkil olunan tədbirdə deputat bir qədər hissə qapılaraq statusuna uyğun olmayan ifadələr işlədib. Belə ki, o, seçki zamanı zorakılığa yol verən komanda üzvlərini təbrik etməkdən özünü saxlaya bilməyib, üstəlik, bunu gülüşlə qeyd edib. Həmin anların videosunu təqdim edirik: