Deputat Qüdrət Həsənquliyev: “Sərhəddə qalan vətəndaşları dərhal ölkəyə buraxın”

  • By admin
  • 16 İyun 2020 15:48

Deputat Qüdrət Həsənquliyev son günlərdə Rusiya sərhədində azərbaycanlıların rus polisləri tərəfindən əl-qollarının bağlanması ilə bağlı açıqlama verib.

Gununsesi.org həmin açıqlamanı sizə təqdim edir:

“BAXCP Azərbaycan hökumətini Rusiya ilə sərhəddə qalmış, dözülməz və insan ləyaqətini alçaldan şəraitdə uzun müddət yaşayan Azərbaycan Respublikası vətəndaşlarını dərhal ölkəyə buraxmağa çağırır. Azərbaycan Respublikası Konstitisiyasının 28-ci madddəsinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Konstitusiyanın 24-cü maddəsinə əsasən, dövlət “İnsan ləyaqətini qorumalı və ona hörmət etməlidir”.

Bu hüquqlar hər hansı səbəbə görə heç bir Qanun və ya Qərarla məhdudlaşdırıla bilməz. Hər kəs özünü bizimlə eyni hüquqlara sahib həmin vətəndaşlarımızın yerinə qoymalıdır”.

 

Gununsesi.org