Deputat qəzəbləndi: "DÖVLƏTİN NƏYİNƏ LAZIMDIR Kİ, ŞAHDAĞ TURİZM KOMPLEKSİNİ SAXLASIN"

  • By admin
  • 31 May 2017 13:35

qudret

“Hökumətin təqdim etdiyi hesabatla tanış oldum. Təəssüflər olsun ki, ümumdaxili məhsul 2015-ci illə müqayisədə 2016-cı ildə 3,4 faiz azalıb”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin iclasında “2016-cı ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev qeyd edib ki, ildən-ilə borclar və borc faizlərinin büdcədən ödənilməsindən narahatdır:

“Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir.

Dövlətin nəyinə lazımdır ki, Şahdağ Turizm Kompleksini saxlasın! Eləcə də, səhmdar cəmiyyətləri özəlləşdirmək lazımdır.

Dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə xərclənir. Buna nə ehtiyac var? Bu qurumları da özəlləşdirməyin vaxtı çoxdan çatıb”.

Mürtəza

Gununsesi.info