Deputat problemli kreditləri yenidən gündəmə gətirdi- "DÜNYANIN HEÇ BİR YERİNDƏ KREDİT BORCU OLANI HƏBS ETMİRLƏR"

Deputat problemli kreditləri yenidən gündəmə gətirdi

eli-mesimli

“Prezident seçkilərinin keçirilməsinə 1 il vaxt qalmasına baxmayaraq bu regionda maraqları olan ölkələrin Azərbaycana təzyiqləri artıb. Ona görə də islahat xarakterli qanunların qəbul edilməsinə də ehtiyac var”

Gununsesi.info xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında deyib.

O qeyd edib ki,  bu sessiyanın qanunvericilik işləri planında islahatla bağlı qanunlar var, ancaq bir sıra qanunlar da plana salınmalıdır: “Ona görə də maliyyə sektorunda olan problemlər həll olunmalıdır. Çünki Azərbaycanda hər 4 nəfərdən birinin banka borcu var. Dünyanın heç bir yerində borcu olanı həbs etmirlər.  Qanunvericilik yolu ilə bu məsələni həll edirlər.  Biz bilirik ki, həmin borcların bir hissəsi qaytarılması mümkün olmayan kreditlərdir. Ona görə də bu məsələnin həllinə çalışmalıyıq”.

COMMENTS