Deputat: “Koronavirusdan vəfat edən həkimlərə şəhid statusu verilsin”

  • By admin
  • 30 Mart 2020 18:09

“Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir”.

Gununsesi.org-un məlumatına görə, MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı “Tibbi sığorta haqqında”  qanunun müzakirəsi zamanı deyib.
M. İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin:

“Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm”.