Deputat internet tariflərində güzəşt edilməsini təklif etdi

Deputat internet tariflərində güzəşt edilməsini təklif etdi

Milli Məclisin deputatı Naqif Həmzəyev koronavirus təhlükəsi ilə əlaqədar internet tariflərində güzəşt olunmasını təklif edib.

 

Gununsesiaz.info-nun məlumatına görə, N.Həmzəyev Pravda.az-a açıqlamasında deyib ki, koronavirus təhlükəsi ilə əlaqədar insanların əksəriyyəti gününü evdə keçirir, insanlar kütləvi şəkildə internetdən istifadə edirlər, belə olan halda da sürət zəifləyir, keyfiyyət aşağı düşür.

 

“Təklif edirəm ki, provayderlər bu müddət ərzində, ən azı aprelin 1-dək gücləndirilmiş iş rejimində çalışsınlar, əhaliyə keyfiyyətli xidmət göstərsinlər, müxtəlif güzəştlər tətbiq etsinlər. Düşünürəm, çağırışımızdan sonra bu məsələyə diqqət ayıracaqlar” – N.Həmzəyev qeyd edib.

 

 

Gununsesiaz.info

COMMENTS