Deputat: “Epidemiyanın iqtisadiyyata vurduğu zərərin…”

  • By admin
  • 09 Aprel 2020 14:30

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq atılan addımlar ölkədə koronaviorus epidemiyasının kəskin artmasının qarşısını almaqdadır”.

Gununsesi.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında hökumətin ötən il üzrə hesabatının müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, epidemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün lazımi addımlar atılır: “Azərbaycan öz hesabına regionda ən geniş dəstək proqramı elan edən ölkədir. Məsafədən idarəetrmə, elektron ticarətin genişlənməsi bu günün əsas tələblərindən biridir”.

Gununsesi.org