Deputat Bəxtiyar Əliyevdən etiraz:- "Orta sahibarlığın fəaliyyətini kölgə altına alacaq"

Deputat Bəxtiyar Əliyevdən etiraz:

bextiyar
“2017-ci ilin büdcə layihəsində sahibkarların  vergi qanunvericiliyini pozduğuna görə, büdcəyə 90 milyon manat həcmində vəsaitin toplanması haqqında müddəanın əksini tapması, əslində kiçik və orta sahibarlığın fəaliyyətini kölgə altına almaqdır”.
Gununsesi.info  xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Əliyev parlamentin  Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, büdcədə  vergi qanunvericiliyini pozması nəticəsində büdcəyə 90 mln. manatın ödənilməsinin nəzərdə tutulması kiçik və orta sahibkarlığın fəaliyyətinə, onların inkişafına maneçilik yaradacaq:
“Əslində  bununla kiçik və orta sahibkarlığın fəaliyyətini kölgə altına almış oluruq. Onda  büdcədə gərək  yol hərəkəti qaydalarını pozanlarla, meşə qıranlarla  və digər sahələrdə də cərimələrlə bağlı proqnozlar büdcəyə salınsın.  Bu cür pronozlaşdırma düzgün yanaşma deyil.  Biz  kiçik və orta sahibkarlığın inkişafını təşviq etmək əvəzinə,  belə metodlardan istifadə etməyimiz onların fəaliyyətinə maneçilikdir, əksinə, biz onların fəaliyyətini təşviq etməklə bu sahənin inkişafına nail olamlıyıq”.
Mürtəza
Gununsesi.info

COMMENTS