Deputat: “Azərbaycanda ölüm halları azalar, əgər…”

  • By admin
  • 26 Oktyabr 2016 08:30

reshad-2

Bu gün Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi tamamilə mümkündür.

Gununsesi.info-nun məlumatına görə, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsinə qanunvericilik imkan verir və eyni zamanda, ürək transplantasiyasının bir neçə mərkəzdə aparılmasına heç bir texniki əngəl yoxdur:

“Ancaq cəmiyyətimiz sosial olaraq ürək transplantasiyasına hazır olmalıdır. Ailədən və ya yaxınlardan biri həyatını itirdiyi zaman onun üzərində ekspertizanın aparılmasına qətiyyətlə qarşı çıxırıq. Ürək transplantasiyasına əngəllərdən biri xəstəxanaların beyin ölümü kriteriyasını tanıyaraq bunu uyğun komissiyalar vasitəsilə xəstə yaxınlarına bildirməmələri ilə bağlıdır. Bir çox hallarda xəstə yaxınına beyin ölümü olduqda məlumat verməyə çəkinirlər. Beyin ölümü olduqdan sonra insandan insana köçürüləcək orqanların başında ürək gəlir. Ürəkdən başqa digər orqanların da həyatını itirmiş insanlardan köçürülməsi tədqirə layiqdir”.

Deputat həmçinin qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır: “Bu xəstəlik Azərbaycan üçün də hər zaman aktual olub. Rəsmi statistikaya əsasən, ölüm hallarının böyük hissəsi məhz bu xəstəlik səbəbindən baş verir”.

Gununsesi.info