Daha bir ölkədə koronavirusa yoluxma aşkarlandı

  • By admin
  • 30 Mart 2020 23:11

Botsvanada koronavirusa yoluxma halı aşkarlanıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Ölkənin səhiyyə naziri Lemoqanqa Kvape bildirib ki, ölkədə COVID-19 infeksiyasına 3 yoluxma qeydə alınıb. Virusa yoluxanlar karantin rejimindədir.

Onlar bu yaxınlarda Tailand və Böyük Britaniyadan qayıdıblar.

 

 

Gununsesi.org