Daha bir neçə obyektin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

  • By admin
  • 29 Mart 2020 18:43

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin gücləndirilməsi məqsədiylə polis əməkdaşları tərəfindən tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.

Gununsesi.org xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu məqsədlə qadağalara baxmayaraq, hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.

Həmçinin yol polisləri tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılaraq nizam-intizama dəvət edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək “evdə qal” kompaniyasına qoşulmaq tövsiyə olunur.



 

 

 

Gununsesi.org