Daha bir məntəqədə seçkinin nəticələri ləğv edildi

  • By admin
  • 22 Fevral 2020 18:18

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə qeydə alınmış namizəd Anar İsayevin səlahiyyətli nümayəndəsi Taleh Əliyevin müraciətinə baxılıb.

 Gununsesiaz.info-nun məlumatına görə, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, araşdırma zamanı sosial şəbəkələrdə yayılmış görüntülər araşdırılıb və 9 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərinin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə 9 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu dairədə lider namizəd Aqil Abbasdır.

 Gununsesiaz.info