Daha bir futbolçu həbs olundu

  • By admin
  • 01 Sentyabr 2016 18:06

futbol

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində sabiq futbolçu Uğur Tütünəkər saxlanılaraq onun mal və mülkü müsadirə olunub.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, U.Tütünəkər İstanbulun Atatürk Hava Limanında pasport qeydiyyatından keçərkən saxlanılıb. Sabiq futbolçu ordan da İstanbul Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, bundan öncə “Qalatasaray” futbol kulubunun keçmiş futbolçuları İsmail Demiriz, Hakan Şükür və Arif Erdem hakkında həbs qərarı çıxarılıb.

Anar

Gununsesi.info