Daha bir dəhşətli yol qəzası: Üç nəfər öldü, yaralılar var

  • By admin
  • 26 May 2020 10:53

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un məlumatına görə, hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan üçü hadisə yerində ölüb. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlardan biri, sürücü olduğu deyilən 1984-cü il təvəllüdlü Ramil adlı şəxsdir.

Gununsesi.org