Daha 5 şəhid - PKK-lı terrorçular Bingölü qana boyadılar

  • By admin
  • 01 Avqust 2016 22:09

bingol

 

Türkiyənin Bingöl vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.

Gununsesi.info-nun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5  polis əməkdaşı ölüb, 4-ü yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir, həmin polislər Bingöl Dövlət Xəstəxanasından Elazığa sevk edilib.

Qeyd olunur ki,  terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Həmçinin, qeyd olunur ki, olayın duyulmasının ardından Bingöl Dövlət Xəstəxanası önündə toplaşan vətəndaşlar, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Rədd olsun, PKK” şüarlarını səsləndirərək, terrora və terrorçulara sərt  təpkilərini bildiriblər.

Gununsesi.info