Dağlıq Qarabağda iki erməni hərbçi naməlum şəraitdə güllələnib

  • By admin
  • 24 Yanvar 2020 16:23

Bu gün səhər saatlarında Dağlıq Qarabağda iki hərbçi güllələnib.

Gununsesi.org-un aysor.am-a istinadən verdiyi xəbərə görə, bu barədə qondarma rejimin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə naməlum şəraitdə baş verib.

Güllə yarası alan hərbçilər 2001-ci il təvəllüdlü Qenri-Ayk Simonoviç Zakaryan və 2000-ci il təvəllüdlü Armen Conikoviç Mesropyandır.

Qenri-Ayk Simonoviç Zakaryanın vəziyyəti ağır qiymətləndirilir.

Gununsesi.org