Dağıstanda terror aktı törətməyi planlaşdıran silahlı dəstə zərərsizləşdirilib

  • By admin
  • 22 May 2020 20:41

Dağıstanda xüsusi xidmət orqanlarının əməkdaşları terror aktı törətməyi planlaşdıran silahlı dəstəni zərərsizləşdirib. 

Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, Xasavyurt rayonunun Qoksuv qəsəbəsinin şimalındakı meşədə gizlənən altı nəfərdən ibarət silahlı dəstə terror aktı törətməyə hazırlaşıb.

Əməliyyat zamanı xüsusi xidmət orqanının əməkdaşlarından biri yaralanıb, dinc sakinlərdən xəsarət alan olmayıb.

Hadisə yerində silah-sursat aşkarlanıb.

 

 

Gununsesi.org