Dərslərin təxirə salınması uzadıla bilər — RƏSMİ

  • By admin
  • 14 Mart 2020 12:07

Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.

 

Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:

“Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”.

Gununsesi.org