“Dərman firmalarına qoyulan məhdudiyyət aradan qaldırılsın” - DEPUTATDAN TƏKLİF

  • By admin
  • 26 Oktyabr 2016 13:20

reshad-mahmudov-1

Həkimlər yeni istehsal olunan dərman preparatları ilə mütəmadi olaraq məlumatlandırılmalıdır. Bunun üçün onlara hansısa formada şərait yaradılmalıdır.

Gununsesi.info  xəbər verir k, belə bir təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Rəşad Mahmudov “Dərman vasitələrinin reklamı haqında “ qanuna edilən dəyişikliklərinin müzakirəsi zamanı səsləndirib. Onun sözlərinə görə, əvvəllər xəstəxanalarda həkimlərə hansısa dərman firması yeni dərmanlarla tanış edirdi. Ancaq son dövrlərdə bu sahədə müəyyən məhdudiyyyətlər var. Tibb daim yeniləşən sahədir. Hər gün yeni dərmanlar istehsal olunur. Həkimləri isə bu dərmanlar haqqında məlumatlı olmadıqda bu sonda özünün fəsadını səhiyyə sistemində göstərir. Ona görə də həkimlərin yeni dərmanlarla tanış olması üçün formalar işlənib hazırlanmalıdır”.

Millət vəkili Məlahət İbrahimqızı da həmkarının fikrini dəstəkləyib.

Gununsesi.info