Dəri xərçənginin ilkin əlamətlərini sizdə bilin

  • By admin
  • 30 May 2020 18:24

Dəri üzərində xal olmasa belə melanoma inkişaf edə bilər.

Gununsesi.org xəbər verir ki, RF Səhiyyə Nazirliyinin baş onkoloqu, REA-nın akademiki Andrey Kaprin özünün “İnstagram” hesabında bu barədə yazıb.

O, həmçinin onkoloji xəstəliyi hansı əlamətlərinə görə təyin etməyin yollarını da göstərib.

Həkimin sözlərinə görə, bədənin üzərində yeni xalların yaranmasına (xüsusən də, qocalıqda) diqqətlə yanaşmaq lazımdır. Melanomanın inkişafını xalın rənginin və ya formasının dəyişməsi, yaxud da həddən artıq sürətli böyüməsi göstərə bilər.

Həmçinin xalın qaşınması və ya qanaması da pis əlamətdir.

Bu dəyişikliyin dəqiq səbəblərini müəyyən etmək üçün Kaprin həkimə müraciət etməyi və dermatoskopik müayinədən keçməyi məsləhət görüb.

 

 

Gununsesi.org