Dənizdə batanın kimliyi məlum oldu – YENİLƏNİB

  • By admin
  • 15 Avqust 2016 14:54

deniz-boqulma

Lənkəranda dənizdə bir nəfər batıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər dənizdə çimərkən batıb. Hazırda Nazirliyin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

Bununla bağlı əlavə məlumat veriləcək.

***

APA-nın Cənub bürosunun məlumatına görə isə artıq batan şəxsin rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə olduğu məlum olub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info