Dəniz quldurları 4 gürcü dənizçini qaçırıb

  • By admin
  • 20 Fevral 2020 21:34

Dəniz quldurları Nigeriyanın Laqos şəhəri yaxınlığında Liberiya bayrağı altında üzən tankerə hücum edərək 10 dənizçini qaçırıblar.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, qaçırılan dənizçilərdən dördünün Gürcüstan vətəndaşı olduğu bildirilir.

Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyat Agentliyindən verilən məlumata görə, agentlik gəmi sahibi ilə əlaqə saxlayır və vətəndaşların kimliyi dəqiq müəyyənləşdirildikdən sonra qaçırılanların ailələrinə ətraflı məlumat veriləcək.

Gürcüstan Xarici İşlər nazirDavid Zalkalianinin sözlərinə görə, vətəndaşların sərbəst buraxılması istiqamətində fəal işə başlanılıb və tərəfdaş ölkələrlə əlaqə saxlanılır.

 

 

Gununsesi.org