Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pur Elvin oğlu Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gununsesi.info-nun məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə P.Əhmədli 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, P.Əhmədli dələduzluqda təqsirli bilinərək, polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham olunub.
Gununsesi.info