DƏHŞƏTLİ STATİSTİKA: Azərbaycanda yol qəzalarında ölənlərin sayı artıb

  • By admin
  • 14 Fevral 2020 17:13

2019-cu ildə yol-nəqliyyat hadisələrinin və həmin hadisələrdə ölənlərin sayı öncəki illə müqayisədə artıb.  

Gununsesi.org-un məlumatına görə, fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib ki, 2018-ci illə müqayisədə hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 53 fakt, həmin hadisələrdə ölənlərin sayı 99 nəfər artıb, xəsarət alanların sayı isə 9 nəfər azalıb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı açılmamış qalıb.

Gununsesi.org