Dəhşət: Akulalar gənc futbolçunu yedi – Dünya bu hadisəni danışır (FOTOLAR)

  • By admin
  • 11 Yanvar 2020 15:41
ABŞ-ın “Qastinq Bronkos” klubunun futbolçusu Erik Birigitti faciəvi şəkildə həlak olub…

Gununsesi.org Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Avstraliyada baş verib. Erik dostları ilə Avstraliyaya məzuniyyətə yollanıb. 21 yaşlı almaniyalı oyunçu sahildə gəzdiyi vaxt sürüşərək suya düşüb. O, dərhal axına düşərək gedib. Dostlarının cəhdlərinə baxmayaraq, Birigittini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Yalnız həmin gecə futbolçunun qalıblarını tapmaq mümkün olub.
İlkin informasiyaya görə, açıq dənizdə futbolçuya akulalar hücum edərək, onu yeyiblər. Birigittinin bu vaxt sağ olub-olmadığı bilinmir.