“Çox istərdim 10 uşağım və 10 nəvəm olsun” - FİLİP KİRKOROV

  • By admin
  • 26 Aprel 2017 22:59

filip kirkorov

Rusiyanın məşhur müğənnisi Filip Kirkorov “Kommersant.ru” saytına müsahibə verib.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, o, həm şəxsi, həm də iş həyatından danışıb.

Aprelin 30-u 50 yaşı olacaq sənətçi özünü qoca hiss etmədiyini bildirib: “Bu rəqəmlər yalnız şəxsiyyət vəsiqəsində olan rəqəmlərdir. Özümü daha gənc hiss edirəm. Düzdür, 90-cı illərdə olduğu kimi bir konsertdə dayanmadan 5 saat oxumuram, amma hər gün ard-arda 10 konsert verə bilirəm”.

Filip karyeradan başqa, övladları Viktoriya və Martindən də danışıb. O, uşaqlarının onun sənətini davam etdirmək istəmədiyini qeyd edib: “Bunun üçün səbr lazımdı. Mən həmişə çalışmışam, elə addım atım ki, gələcəkdə övladlarım mənə görə utanmasınlar. Xüsusən onlar anadan olandan sonra bunu anladım. Nə vaxtsa Viki və Martin böyüyəcək, internetə girəcəklər. Mənim haqqımda hansısa pis xəbər oxusalar, başa salacam ki, bu, onlar anadan olmamış baş verib. Onlar doğulandan sonra isə mənim həyatım 180 dərəcə dəyişib”.

F.Kirkorov həyatda heyfsləndiyi anları da bölüşüb. O, çoxuşaqlı ata olmaq istədiyini vurğulayıb: “Çox istərdim 10 uşağım və 10 nəvəm olsun. Amma sənətimiz buna yol vermir. Yəqin ki, 10 uşaqdan biri mütləq dahi olardı”.

Gununsesi.info