Corc Floyd polisə 20 dəfədən çox “nəfəs ala bilmirəm” deyib

  • By admin
  • 09 İyul 2020 16:44

ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində ölən Corc Floyd ölməzdən əvvəl bir neçə dəqiqə ərzində 20 dəfədən çox “nəfəs ala bilmirəm” deyə qışqırıb.

Gununsesi.org bildirir ki, bu barədə “New York Times” hadisənin videosunun stenoqramına əsasən informasiya yayıb.

Məlum olub ki, afroamerikalı hələ polis tərəfindən yerə yıxılmazdan əvvəl halsızlıq hiss etdiyini bildirib.

Polis tərəfindən maşına mindirilmək istədikdə isə klaustrofobiyadan əziyyət çəkdiyini və nəfəs ala bilmədiyini qeyd edib.

Gununsesi.org