Conson Britaniyanın Aİ ilə ticarət razılaşmasına ehtiyac olmadığını açıqlayıb

  • By admin
  • 03 Fevral 2020 19:34

Boris Conson Britaniyanın Avropa İttifaqının (Aİ) ticarətlə bağlı qaydalarına söykənən razılaşmaya ehtiyaclarının olmadığını bildirib.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, Boris Conson Britaniyanın Aİ-nin subsidiyalar, sosial müdafiə, ətraf mühit və ya buna bənzər bir sıra qaydalarını qəbul edərək hazırlanan sərbəst ticarət razılaşmasına ehtiyacı olmadığını bildirib.

Boris Conson qeyd edib ki, belə bir razılaşmanın əldə ediləcəyi təqdirdə Aİ-dən çıxma ilə bağlı olan “Brexit” sözləşməsinə geri dönəcəklərini bildirib.

Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-dən rəsmi olaraq Avropa İttifaqını tərk edib. Lakin Böyük Britaniya və Aİ arasında razılaşdırılan “Aİ-dən çıxma sazişi”nə əsasən tərəflər 2020-ci ilin sonuna qədər keçid dövrü haqqında razılığa gəliblər. Bu müddət ərzində Böyük Britaniya Aİ-nin Gömrük İttifaqında və Vahid Bazarda iştirakını davam etdirəcək və artıq bloka üzv ölkə olmasa da Aİ-nin qanunlarını tətbiq edəcək.

Həmçinin, bu müddət ərzində Britaniya Aİ-nin imzalamış olduğu beynəlxalq razılaşmalara da tərəf olaraq qalacaq.

Gununsesi.org