Conson ABŞ səfərini yenə təxirə saldı

  • By admin
  • 14 Fevral 2020 11:31

Böyük Britaniyanın Baş Naziri Boris Conson ABŞ-a səfərini təxirə salıb. Gununsesi.org-un xəbərinə görə, bu barədə “The Sun” nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Consonun səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılıbmış. Liderlərin görüşü iyuna qədər təxirə salınıb. Bildirilir ki, İngiltərə Baş Naziri və ABŞ Prezidenti 10-12 İyun tarixlərində Kemp- Devid iqamətgahında keçiriləcək G7 liderlərinin yaz sammitində bir araya gələcəklər.

Mənbələr Consonun daxili gündəm ilə məşğul olmaq üçün İngiltərədən ayrılmamaq qərarına gəldiyini iddia edirlər. Onlar qeyd edirlər ki, Britaniya hökumətinin rəhbəri bu qərarı ilə Amerika liderini heç bir şəkildə təhqir etmək istəmir.

Qeyd edək ki, İngiltərə Baş Nazirinin ABŞ-a səfərini təxirə saldığı ilk deyil. Belə ki, səfər 2020-ci ilin yanvar ayına planlaşdırılırdı, lakin Conson fevral ayına təxirə salmışdı.

Gununsesi.org