Co Bayden Trampı axmaq adlandırdı

  • By admin
  • 27 May 2020 15:59
ABŞ-da Demokrat Partiyasını təmsil edən prezidentliyə namizəd Co Bayden Donald Trampı axmaq adlandırıb.
Gununsesi.org xəbər verir ki, Bayden bu barədə CNN-ə verdiyi müsahibəsində deyib.
Baydenin fikrincə, Tramp koronavirus pandemiyasının fonunda yalançı kişilik nümayiş etdirir.
O, bunu Trampın “Anım Günü” mərasimində maskasız görünməsi ilə izah edib.
Həmin mərasimdə Bayden maska ​​və eynək taxıb.
“O, əsl axmaqdır… Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və yalançı kişilik göstərməməlidir. Bu, insanların həyatı bahasına başa gəlir”, – deyə Bayden bildirib.
Gununsesi.org