Çiro İmmobile A seriyasının rekorduna şərik çıxıb

  • By admin
  • 23 Fevral 2020 18:07

İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile A seriyasının rekordunu təkrarlayıb.

Gununsesiaz.info-nun məlumatına görə, 30 yaşlı forvard çempionatın 25 turundan sonra 27 qol vurmağı bacaran ikinci oyunçu olub.

1958/59 mövsümündə 25 tura 27 qol vuran Antonio Ancelillonun rekordu 61 ildən sonra təkrarlanıb. Argentinalı buna “İnter”in heyətində nail olub. Çiro hazırda A seriyasının bombardirlər yarışının lideridir.

Qeyd edək ki, İmmobile 27-ci qolunu “Latsio”nun bu gün “Cenoa”ya qarşı keçirdiyi matçda vurub. Romalılar səfər oyununda 3:2 hesablı qələbə qazanıblar.

 

 

Gununsesiaz.info