Kişi cinsi əlaqədə olarkən onu cinsi zəifliyinə görə ələ salan sevgilisini öldürdü – FOTOLAR

  • By admin
  • 05 Fevral 2020 12:24

Birlikdə yaşadığı qadının əl-ayağını bağlayıb, bıçaqlayıb, evi yandıran şəxsin məhkəməsi keçirilib.

Gununsesi.org Milli.Az-a istinadla xəbər verir ki, 27 yaşlı sevgilisi Kelly-Anne Case-nin əl-ayağını bağladıqdan sonra onun boğazını kəsən 29 yaşlı Brendan Rowan-Davies-ə hökm oxunub. Məhkəmə onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Dəhşətli hadisə ötən il Hempşir qraflığında baş verib.

Sevgilisi ilə cinsi əlaqədə olmaq üçün evə dostunu gətirən kişi sonradan onu cinsi zəif olduğuna görə ələ salan sevgilisini qətlə yetirib.

O, ifadəsində bildirib ki, sevgilisi ilə dostu cinsi əlaqədə olan zaman onları izləyib. Oğlan getdikdən sonra sevgilisini ona güldüyünə görə öldürüb.

Qadının çılpaq cəsədini yanğınsöndürənlər tapıblar.

Qeyd edək ki, Brendan Rowan-Davies ömrünün ən az 30 ilini həbsxanada keçirəcək.

 

 

Gununsesi.org