DÜNYANI ŞOKA SALAN QƏRİBƏ HADİSƏ: Çinli gənc maskada idman elədi, ürəyinin yeri dəyişdi

  • By admin
  • 14 May 2020 09:33

Epidemiyanın tüğyan etdiyi bu günlərdə küçədə maskasız hərəkət etmək çox təhlükəlidir. Ancaq bu həmişə belə deyil. Bəzən əksinə, maska taxmaq ölümcül təhlükəli ola bilər. Çinli gənc bunu öz nümunəsində göstərib. 

Gununsesi.org-un məlumatına görə, bu barədə Lenta.ru xəbər yayıb.

Bildirilir ki, gənc iki həftə ərzində hər gün məsafəni bir az da uzatmaq şərti ilə qaçırmış. Lakin koronavirusla bağlı tədbirlər çərçivəsində o, bu müddətdə maska taxıb. Gənc sonuncu dəfə dörd km qaçdıqdan sonra özünü pis hiss edib və evə yollanıb. Onun vəziyyəti ağırlaşanda isə ailəsi tərəfindən xəstəxanaya çatdırılıb.

Məlum olub ki, qaçışdan sonra onun sol ağciyəri 90 faiz sıxılıb, ürəyi isə bədəninin sağ tərəfinə keçib. Həkimlər bunu onun qaçarkən maska taxması ilə əlaqələndiriblər.

26 yaşlı uhanlı dərhal əməliyyat olunub, hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

 

Gununsesi.org